Elmi-Metodik Mərkəzin
fəaliyyəti müzakirə olunub
Noyabrın 23-də Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə hesabat iclası keçirilib. Müəssisədə aparılan struktur islahatlarından sonra görülən işlərin müzakirəsinə həsr olunmuş iclasda mərkəzin direktoru Asif Usubəliyev məruzə ilə çıxış edib.
Mərkəzin iş planının müzakirəsi aparılıb. Müəssisənin şöbə müdirləri rəhbərlik etdikləri struktur bölmələri tərəfindən görülmüş işlər barədə danışıblar.
Qeyd olunub ki, mərkəz öz
imkanlarını yerlərdə mədəniyyət müəssisələrinin
fəaliyyətinin təkmilləşdirilməsinə yönəltməlidir
və bunun üçün rayon (şəhər) mədəniyyət
və turizm şöbələri ilə sıx əməkdaşlıq
əlaqələri qurulmalıdır.
Mədəniyyət.- 2015.- 25
noyabr.- S. 5.