Uşaq musiqi və
incəsənət məktəbləri rəhbərlərinin
zona müşavirəsi
19-20 noyabr tarixində Ağdaş rayonunda Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Zərdab rayon uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin iştirakı ilə zona müşavirəsi keçirilib.
Müşavirədən əvvəl iştirakçılara Ağdaş rayon Habil Əliyev adına uşaq musiqi məktəbi şagirdlərinin konsert proqramı təqdim edilib.
Müşavirədə Mədəniyyət və Turizm Nazirliyinin əmr və kollegiya qərarları, habelə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar, nümunəvi əsasnamə, tədris planları və proqramlarının tələb və müddəaları ilə bağlı zəruri məlumat və izahatlar verilib, fikir mübadiləsi aparılıb.
Müşavirədə iştirak edən məktəblərin
bir sıra sənədlərində aşkar edilmiş
nöqsanlar məktəb rəhbərlərinin diqqətinə
çatdırılıb, müvafiq tövsiyələr
verilib. Eyni zamanda tədris işinin təşkili, əmək
və maliyyə intizamı, pedaqoji işçilərin
peşəkarlıq səviyyəsinin yüksəldilməsi,
hazırda qüvvədə olan pedaqoji kadrların işə
qəbul qaydaları ilə bağlı suallar
cavablandırılıb. Bununla yanaşı direktorların
attestasiyasının keçirilməsi, məktəblərin
bina və sinif otaqlarının tərtibatının
yaxşılaşdırılması, dərs prosesinin ciddi nəzarətə
götürülməsi, tədris və kargüzarlıq
işlərinin təşkili məsələlərində
müsbət dönüşün yaradılması diqqətə
çatdırılıb.
Mədəniyyət.- 2015.- 25
noyabr.- S. 5.