Milli Kitabxanada
ALISA proqramı ilə bağlı sonuncu treninq
Kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə bağlı M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında sonuncu 10 günlük treninqlər təşkil olunub.
Milli Kitabxanadan bildirilib ki, treninqdə Bakı şəhəri Yasamal, Nəsimi, Sabunçu, Suraxanı, Xəzər, Qaradağ, Binəqədi, Nizami, Xətai və Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri, ALISA proqramında işləməklə yanaşı, MARC 21 formatını öyrənəcək və yerlərdə tətbiq edəcəklər.
Milli Kitabxananın direktoru Kərim Tahirov
treninqlərin “Ultra” şirkətinin mütəxəssisləri
ilə birgə aparıldığını diqqətə
çatdırıb. Treninqi müvəffəqiyyətlə
başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək.ıb.
Treninqi müvəffəqiyyətlə başa vuran
iştirakçılara sertifikatlar təqdim ediləcək.
Mədəniyyət.- 2015.- 25
noyabr.- S. 2.