“Kitabi-Dədə Qorqud” şagirdlərin gözü ilə

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd olunması haqqında ölkə başçısının sərəncamına uyğun olaraq silsilə tədbirlər həyata keçirir. Respublikanın müxtəlif bölgələrindən olan məktəblilərin əl işlərindən ibarət sərgi də bu qəbildəndir.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən sərgidə şagirdlərin “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında çəkdikləri 120-dək rəsm nümayiş olunub.

Mərasimdə çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov məktəbliləri təbrik edib, mənəvi sərvətimiz olan “Kitabi-Dədə Qorqud” dastanının uşaqların hərtərəfli inkişafında rolundan danışıb. Məktəblilərin estetik tərbiyəsində belə sərgilərin əhəmiyyəti vurğulanıb. İştirakçılara təşəkkürnamələr təqdim edilib, “Kitabi-Dədə Qorqud” dastanının audio diski hədiyyə olunub.

 

Mədəniyyət.- 2015.- 27 noyabr.- S. 16.