Şirvanda
Prezident təqaüdçülərinin konserti
Ölkə başçısının müvafiq sərəncamları ilə musiqi sahəsində xüsusi istedadı olan onlarla uşaq və gəncin adı gənc istedadların “Qızıl kitabı”na yazılıb və onlar Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüblər. Onların respublikada tanınması və gənc nəsildə bədii-estetik zövqün inkişaf etdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mütəmadi olaraq bölgələrdə konsertlər keçirilir.
Belə konsertlərdən biri noyabrın 23-də
Şirvan şəhər Mədəniyyət evində təşkil
olunub. Konsertdə Atabala Manafzadə və Nəriman
Əmiraslanov (fortepiano), Cahandar Xanlarov və Mədinə
Şahgəldiyeva (kamança), Şəms Ağazadə və
Aytən İbrahimova (violin), Mustafa Aşurov (tar), Pərvaz
İbrahimli (xanəndə), Aygül Həsənova (kanon)
çıxış edib. Konsertdə xalq musiqisi incilərimiz,
Azərbaycan və xarici ölkə bəstəkarlarının
əsərləri səsləndirilib.
Mədəniyyət.- 2015.- 27
noyabr.- S. 13.