COMCEC-in İstanbul toplantısında Azərbaycan stendi

Noyabrın 23-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 31-ci iclası işə başlayıb. Toplantı çərçivəsində təşkilata üzv ölkələrin tarixi abidələrinin qorunması və təbliğinə dair stendlər sərgilənir.

Azərbaycana dair stenddə COMCEC-in maliyyə dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizdə arxeoloji turizm obyektlərində görülən işlərin nəticələri nümayiş olunur.

Qeyd edək ki, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Ümumi mədəni irs şəhərlərinin təbliği” adlı layihəsi COMCEC-in qrantı hesabına həyata keçirilib.

 

Mədəniyyət.- 2015.- 27 noyabr.- S. 2.