Qonaqların
şərəfinə ziyafət verilib
Noyabrın 26-da
“Gülüstan” sarayında İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatının (İSESCO) İcraiyyə
Şurasının Bakıda keçirilən 36-cı
iclasının və Baş Konfransın 12-ci
sessiyasının iştirakçılarının şərəfinə
Azərbaycan hökuməti adından ziyafət verildi. Mərasimdə
müsəlman ölkələrinin nümayəndə heyətləri,
Azərbaycanın dövlət və hökumət rəsmiləri
iştirak edirdi.
Mərasim Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından parçanın səslənməsi ilə başladı. Orkestrə Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov dirijorluq edirdi.
Gecədə tanınmış və gənc ifaçılar tərəfindən Azərbaycan xalq və bəstəkar mahnıları ifa olundu. Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında təqdim olunan “Odlar yurdu” rəqsi isə gecəyə xüsusi rəng qatdı. İfa olunan musiqi nömrələri qonaqların zövqünü oxşadı.
Maldiv Respublikası nümayəndə heyətinin
rəhbəri Abdulla Nazir, Səudiyyə Ərəbistanı
nümayəndə heyətinin rəhbəri Məhəmməd
bin Abduləmir əl-Ohali və başqaları fikirlərini
bölüşərək İSESCO Baş Konfransının
12-ci sessiyasının yüksək səviyyədə təşkilinə
görə Azərbaycan dövlətinin
başçısına minnətdarlıq etdilər.
Bakının füsunkar gözəlliyindən ürəkdolusu
danışan qonaqlar Azərbaycanı islam
dünyasının ən tolerant və inkişaf etmiş bir
ölkə kimi dəyərləndirdilər.
Mədəniyyət.- 2015.- 27
noyabr.- S. 2.