“Bəstəkar və
şəxsiyyət”
Üzeyir Hacıbəylinin 130 illik yubileyi ilə bağlı bölgələrdə müxtəlif tədbirlər keçirilir, sərgilər, musiqili proqramlar təşkil olunur, böyük bəstəkarın mədəniyyət tariximizdə misilsiz xidmətləri minnətdarlıqla xatırlanır.
Tərtər rayon MKS-nin Mərkəzi kitabxanasında Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi münasibətilə “Bəstəkar və şəxsiyyət” mövzusunda dəyirmi masa keçirilib. Çıxışlarda Azərbaycan professional musiqisinin banisi Üzeyir bəyin musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söz açılıb. Tədbir çərçivəsində “Üzeyir Hacıbəyli - 130” başlıqlı sərgi nümayiş etdirilib. Sonda böyük bəstəkarın əsərləri səsləndirilib.
* * *
Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi münasibətilə S.Vurğun adına Qax rayon Mədəniyyət mərkəzində də mərasim keçirilib. “Sənsiz olmadıq” adlı ədəbi-bədii gecə ölməz bəstəkarın “Sənsiz” romansı ilə başlayıb.
Mədəniyyət mərkəzində
fəaliyyət göstərən İ.Dağıstanlı
adına Xalq teatrının həvəskar
aktyorları tərəfindən “Leyli və
Məcnun” operasından, “Ər və arvad”
operettasından, “O olmasın, bu olsun” və “Arşın mal
alan” musiqili
komediyalarından parçalar təqdim olunub, mahnılar səsləndirilib. Nümayiş etdirilən səhnələr
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanıb. Sonda dahi
bəstəkara həsr olunmuş videoçarx göstərilib.
Mədəniyyət. 2015.- 2
oktyabr.- S. 15.