Nağıllar aləminə yolçuluq

 

Qazax rayon Mərkəzi kitabxanasında fəaliyyət göstərən “Nağıl otağı”nda 4 saylı şəhər uşaq bağçası fidanlarının, 1 və 2 saylı tam orta məktəblərin və liseyin şagirdlərinin iştirakı ilə “Nağıl dünyası” adlı tədbir keçirilib.

MKS-nin direktor müavini Münəvvər Süleymanlı nağılların uşaq və yeniyetmələrin mənəvi, psixoloji, estetik tərbiyəsində böyük rol oynadığını qeyd edib. Uşaq şöbəsinin müdiri Firəngiz Abdıyeva uşaqlara Şərq nağıllarından nümunələr oxuyub. Uşaqlar “Nağıl otağı”ndakı personajlara, müxtəlif əl işlərinə maraqla baxıb. Sonda uşaqlara MKS adından hədiyyələr təqdim edilib.

 

Mədəniyyət.- 2015.- 2 oktyabr.- S. 15.