Orta əsr alimlərimiz haqqında yeni nəşr

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyi direktorunun elmi işlər üzrə müavini, tarix elmləri doktoru Nərgiz Əliyevanın “Orta əsrlərdə Azərbaycan alimlərinin elmi əlaqələri və tədris fəaliyyəti” kitabı çapdan çıxıb.

Nəşrdə Azərbaycan alimlərinin Yaxın Şərq və Mərkəzi Asiyanın müxtəlif mədəniyyət mərkəzlərində elmi fəaliyyəti və qarşılıqlı elmi əlaqələri, təhsil müəssisələri və tədris üsullarından bəhs olunur. Kitabda, həmçinin ilkin təhsil ocaqları, azərbaycanlı alimlərin müdərris kimi fəaliyyət göstərdikləri müxtəlif tədris mərkəzləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərmiş mədrəsələr və xanəgahlar haqqında məlumat verilir. Kitabda Xilafətin 30-dan artıq mədrəsəsində tədrislə məşğul olmuş azərbaycanlı müdərrisin fəaliyyətindən bəhs edilir.

Nəşrin elmi redaktoru AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudovdur.

 

Mədəniyyət.- 2015.- 2 oktyabr.- S. 15.