Bakıda növbəti
beynəlxalq uşaq muğam
festivalı keçiriləcək
“Kainat” Gənclik Mərkəzi artıq bir neçə ildir ki, respublikamızın mədəni həyatında özünə yer tutmuş layihə - Beynəlxalq Uşaq Muğam Festivalı keçirir. Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi, “PAŞA Bank”ın baş sponsorluğu ilə bu il 7-ci dəfə gerçəkləşəcək festival oktyabrın 21-də Beynəlxalq Muğam Mərkəzində səkkiz ölkənin (Azərbaycan, İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkiyə) təmsilçilərini bir araya gətirəcək.
Gənc muğam ifaçılarının çıxışları Xalq artisti, professor Ağasəlim Abdullayevin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Fərqlənənlər üçün iki 3-cü yer, iki 2-ci yer, bir 1-ci yer və 1 baş mükafat (Qran-pri), habelə 5 həvəsləndirici mükafat və xüsusi mükafatlar nəzərdə tutulub.
Festivala hazırlıq
işləri yekunlaşmaq üzrədir. Respublika üzrə seçim
turları yerli gənclər və idman idarələrinin, mədəniyyət və
turizm şöbələrinin
iştirakı, İctimai Televiziya
və Radionun informasiya
dəstəyi nəticəsində uğurla
başa çatıb. Bakı, Abşeron və Sumqayıt üzrə seçim turu sentyabrın
26-da V.Mustafazadə adına 2 saylı incəsənət məktəbində
keçirilib.
Mədəniyyət.- 2015.- 2
oktyabr.- S. 13.