“Excelsior Hotel” gənclərin peşə təhsilinə kömək edir

 

“Excelsior Hotel & Spa Baku” hoteli personal sahəsində öz strategiyasını reallaşdıraraq daxili təhsil proqramı həyata keçirir. Hotel bu ilin mart ayında Azərbaycan Turizm Menecment Universiteti ilə müqavilə imzalayıb. İl ərzində universitetin tələbələri müxtəlif peşə liseylərinin şagirdləri hoteldə geniş təcrübə keçiblər. Bu proqram gənclərin seçdikləri profil üzrə işə düzəlməsinə kömək edir.

Hotelin təcrübəli əməkdaşlarının rəhbərliyi ilə tələbələrqonaqlara xidmət departamenti”, “mətbəx departamenti”, “qida içkilər departamenti”, peşə liseylərinin şagirdləri aşpaz-qənnadıçı ofisiant ixtisasları üzrə təcrübə keçiblər. Təcrübə proqramını müvəffəqiyyətlə keçənlər hotelin sertifikatını əldə ediblər.

Burada ikitərəfli fayda var, tələbələr bizim sertifikatla təsdiq edilmiş praktiki təcrübə əldə edir, biz isə gələcəyə mümkün namizədlər haqqında məlumat bazası alırıq ki, özümüz üçün əməkdaşları məhz onların sırasından seçə bilək”, - deyə hotelin baş meneceri Turhan Poyraz qeyd edib.

 

Mədəniyyət.- 2015.- 2 oktyabr.- S. 7.