Tiflis teatrı qastrolda olub

 

Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Peşəkar Dram Teatrının bir qrup aktyoru A.P.Çexovun “Ayı” əsərini tamaşası ilə Litvanın Yonava şəhərində keçirilən beynəlxalq teatr festivalında iştirak edib.

Sentyabrın 23-dən 27-dək davam edən tədbirdə kollektivin çıxışı maraqla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru, tərtibatçı rəssamı və musiqi tərtibatçısı Turqay Vəlizadədir. Rolları teatrın aktyorları Aslan Məmmədov, Leyla Qasımova və Turqay Vəlizadə oynayıblar.

T.Vəlizadə festivalda Avstriya, Latviya, İspaniyaLitva teatrlarının iştirak etdiyini bildirib. Əcnəbi teatr tənqidçiləri tamaşanı yüksək qiymətləndiriblər.

 

Mədəniyyət.- 2015.- 2 oktyabr.- S. 5.