Vyanada Milli Musiqi Gününə həsr olunmuş konsert

 

Sentyabrın 30-da Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Milli Musiqi Günü dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə klassik musiqi axşamı keçirilib.

Tədbirdə Avstriyanın dövlət hökumət rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri, bu ölkədə yaşayan təhsil alan azərbaycanlılar, musiqisevərlər iştirak ediblər.

Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova tədbiri açaraq musiqili axşamın bu il 130 illik yubileyi qeyd olunan dahi Azərbaycan bəstəkarı, musiqişünas, dramaturq, maarifçi ictimai xadim Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunduğunu bildirib. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmana əsasən bəstəkarın doğum günü Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir. Əlamətdar günlə bağlı Azərbaycan Avstriya musiqiçilərinin birgə konsertləri ənənə halını alıb Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hər il ölkəmizin istedadlı musiqiçiləri Vyanaya dəvət olunurlar.

Qeyd edilib ki, Avropanın musiqi paytaxtı Vyanada Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən Mədəniyyət Mərkəzi payız mövsümündə fərqli musiqi janrlarını əks etdirən konsertlərlə yanaşı, müxtəlif səpkili mədəni tədbirlər keçirəcək.

Konsertdə dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Vyana Kamera Orkestri Azərbaycan Avropa bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış edib. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Aqşin Əlizadə, Arif Məlikov, Fərhad Bədəlbəyli, Edvar Qriq, Kamil Sen-Sans, Leroy Anderson digər bəstəkarların əsərləri böyük maraqla dinlənilib. Solistlər Anar İbrahimov (skripka) Abbas Abdullazadənin (fortepiano) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Mədəniyyət.-  2015.- 2 sentyabr.- S. 3.