"Baku Guide" bələdçi
kataloqunun oktyabr sayında
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət"
qəzetinin əlavəsi
olaraq nəşr edilən "Baku Guide" bələdçi
kataloqunun oktyabr sayı çapdan çıxıb.
Kataloqun bu sayında 143-cü teatr mövsümünün
başlanması ilə
bağlı geniş repertuarın təqdimatına,
eləcə də paytaxtın mədəni, işgüzar həyatını
əhatə edən tədbirlərə, müxtəlif
mövzularda yazılara
yer verilib.
25 oktyabr - 3 noyabr tarixlərində Bakıda
keçiriləcək ənənəvi
Beynəlxalq Caz Festivalı çərçivəsində
təşkil olunacaq konsertlərin afişası,
dünya şöhrətli
bəstəkar Üzeyir
Hacıbəylinin 130 illiyinə
həsr edilən VII Beynəlxalq Musiqi Festivalının yekunları
barədə material musiqisevərlər
üçün xüsusilə
maraqlı olacaq.
Həftəsonu turlarla bağlı məlumat isə həm yerli, həm də əcnəbi turistlərin
istirahətlərini maraqlı
və yaddaqalan keçirmələrinə kömək
olacaq. Mənalı istirahət və ekoturizm həvəskarları
üçün əsrarəngiz
məkan olan Göygöl Milli Parkı, ölkəmizin müxtəlif regionlarında
təşkil olunan məhsul bayramları (Qubada alma, Göyçayda
nar bayramları) haqqında materiallar da bələdçi kataloqunun bu sayında yer alıb. "Qalaaltı
Hotel və Spa" haqqında
material isə müalicə
turizmi həvəskarlarının
diqqətini cəlb edəcək.
Kataloqda həmçinin Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə 16-18 sentyabr tarixlərində təşkil
olunan IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilə
bağlı təəssürat
yazısı verilib.
18 oktyabr
- Müstəqillik Günü
ilə bağlı məlumat təqvimimizin bu əlamətdar səhifəsindən söz
açır.
Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə
yerli və xarici filmlərin həvəskarları da diqqətdən kənarda qalmayıb. Kinoafişa bölməsində paytaxtın aparıcı kino nümayişi mərkəzlərində yayımlanan
filmlər haqqında qısa məlumatlara yer verilib. Gənclər maraqlandıqları əyləncə gecələri
və partilər haqqında məlumatları
"Events" bölməsindən əldə edə bilərlər. "Azərbaycan
mətbəxi" rubrikasında
oxucular bu dəfə qutabın hazırlanma qaydası ilə tanış
olacaqlar.
Turistlər üçün informasiya
bölməsində onları
maraqlandıra biləcək
suallar ətraflı cavablandırılır. Kataloqda
həmçinin şəhərdəki
hotel, restoran, ticarət
və əyləncə
məkanları, turizm
agentləri, aviakassalar,
avtomobil kirayəsi, çağrı mərkəzləri
və s. barədə
məlumat almaq mümkündür.
Mədəniyyət.- 2015.- 7 oktyabr.- S. 16.