Banana Mədəniyyət Festivalında Azərbaycan guşəsi

 

Nigeriyanın Laqos şəhərində Banana Mədəniyyət Festivalı keçirilib. Festivalda Laqosda yaşayan 18 ölkənin (Mərakeş, Tunis, Əlcəzair, Misir, Fransa, İtaliya, Britaniya, Türkiyə və s.) nümayəndələri öz xalqlarının tarix, mədəniyyət, mətbəx və musiqisini nümayiş etdiriblər. Azərbaycanı bu tədbirdə Nigeriyada yaşayan yeganə azərbaycanlı Billurə Bayramova təmsil edib.

Festivalda qonaqlara milli mətbəximizin ləziz yeməkləri - dolma, qutab, plov, paxlava təqdim olunub. Ölkə mediasına və iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumat verilib. Festivalda ifa olunan milli rəqslərimizdən “Tərəkəmə” böyük maraqla qarşılanıb.

Tədbirdə müxtəlif ölkələrin səfirləri, şirkətlərin nümayəndələri, Nigeriyanın mədəniyyət naziri və digər rəsmi şəxslər iştirak ediblər.

 

Mədəniyyət.- 2015.- 7 oktyabr.- S. 16.