Milli Konservatoriyanın müəllimləri festivallarda çıxış ediblər

 

Azərbaycan Milli Konservatoriyasının müəllimləri, əməkdar artistlər Malik Mansurov (tar) Elşən Mansurov (kamança) Parisdə keçirilənİpək Alovmusiqi festivalında ölkəmizi təmsil ediblər.

Milli Konservatoriyadan bildiriblər ki, E.Mansurov M.Mansurovun ifasında bəstəkar Hacı Xanməmmədovun kamança üçün yazdığı konsertin birinci ikinci hissələri səsləndirilib. Həmçinin, dirijor Əyyub Quliyevin təqdimatında bir sıra musiqi əsərləri ifa olunub.

Festivalda tanınmış pianoçularımız Emil Əfrasiyab Murad Hüseynovun ifaları da tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Theatre des Champs Elysees” konsert salonunda baş tutan festivaldaLamuğöorkestrinin bədii rəhbəri Pyer Tilua da çıxış edib.

Qeyd edək ki, Pyer Tiluanın Azərbaycanla sıx əlaqələri var. O, ölkəmizlə bağlıYanar dağ Xocalı soyqırımına həsr etdiyiKhodjaly 613” musiqi əsərlərinin müəllifidir.

İsraildə Qüds şəhərində keçirilən beynəlxalq musiqi festivalında da Azərbaycan Milli Konservatoriyasınınİnstrumental muğamkafedrasının müdiri Malik Mansurov (tar) konservatoriyanın müəllimi Bəyimxanım Vəliyeva (xanəndə) ölkəmizi təmsil ediblər. Müxtəlif ölkələrin qatıldığı “Jerusalem Sacred Music” adlı musiqi festivalında təmsilçilərimizin ifasında zəngin musiqi proqramı təqdim olunub. Konsert maraqla qarşılanıb.

Festivalda İsrail bəstəkarları Peres Eliyahu Mark Eliyahunun musiqi əsərləri ilə yanaşı, azərbaycanlı bəstəkarların da musiqiləri səsləndirilib. Bir neçə gün Yerusəlim İncəsənət Məktəbində ustad dərsləri keçən sənətkarların ifasında xalq mahnıları təsniflər təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 7 oktyabr.- S. 11.