Mehmanxanalaraturizm şirkətlərinə lisenziya verilib

 

Ölkə Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar"a və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin sentyabr ayı ərzində aşağıda qeyd olunan yerləşdirmə obyektlərinə mehmanxanamehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib: "İron Hotel" mehmanxanası (Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi); "Elit" moteli (Kürdəmir şəhəri, Bakı prospekti); "Preimier Old Gates" mehmanxanası (Bakı şəhəri, Səbail rayonu); "Ober Lux" istirahət mərkəzi (Xaçmaz rayonu, Seyidli kəndi); "Şane" mehmanxanası (Quba şəhəri, Heydər Əliyev prospekti); "Sapphire İnn" mehmanxanası (Bakı şəhəri, Səbail rayonu); "Sadiq Çingizoğlu" moteli (Göyçay rayonu, Potu kəndi); "Vego" mehmanxanası (Gəncə şəhəri, Nizami rayonu).

Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 339-a çatıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci ilin sentyabr ayı ərzində həmçinin bir neçə şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib: "Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Falcon travel" MMC, "Level travel" MMC, "Onset" MMC, "Xəzər" firması, "Rİİ travel" MMC (hüquqi qeydiyyat ünvanları Bakı şəhəri).

Respublika ərazisində lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 285-ə çatıb.

 

Mədəniyyət.- 2015.- 7 oktyabr.- S. 9.