Top Resa 2015” sərgisində
turizm şirkətlərinin təqdimatları
olub
Xəbər verdiyimiz kimi, sentyabrın 29-dan oktyabrın 2-dək Paris şəhərində keçirilən "Top Resa 2015" beynəlxalq turizm sərgisində Mədəniyyət və Turizm Nazirliyi və "Geo travel", "Gilan travel", "SW travel" turizm şirkətləri iştirak edib. Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 34 kvadratmetr sahədə stend qurulub.
Sərgi çərçivəsində Azərbaycan turizm imkanlarının Fransada təbliğ edilməsi və fransız turistlərinin ölkəmizə cəlb edilməsi məqsədilə "İnterface Tourism" və "MN Organisation" şirkətləri ilə görüş keçirilib. Azərbaycan turizminin bu ölkədə təbliğ edilməsi imkanları müzakirə edilib.
Bununla yanaşı, beynəlxalq sərgidə iştirak edən turizm şirkətləri tərəfindən Fransa bazarı üçün hazırlanmış xüsusi proqramlar ziyarətçilərə təqdim edilib.
"SW Travel" şirkətinin "AZAL" QSC ilə əldə etdiyi razılaşmaya uyğun olaraq 3 günlük sərfəli proqramlar hazırlanıb və yerli turistlərə təklif olunub.
"Geo travel" turizm şirkətinin təqdimatı fransız turistlərin xüsusi diqqətini cəlb edən "Aleksandr Duma Qafqazda" beynəlxalq turizm marşrutu ilə bağlı olub. Turizm marşrutu ziyarətçilərin böyük marağına səbəb olub.
"Gilan Tourism"
şirkəti tərəfindən isə turistlərə
"Qafqaz" hotellər şəbəkəsində
xüsusi endirimli proqramlar təqdim edilib.
Mədəniyyət.- 2015.- 7
oktyabr.- S. 9.