Avstraliyadakı səfirliyimiz
“Dünyaya pəncərə”
aksiyasında iştirak edib
Oktyabrın 3-də Avstraliyanın paytaxtı Kanberrada xarici ölkə səfirlikləri üçün “Dünyaya pəncərə - səfirlikdə açıq gün və turlar 2015” adlı proqram keçirilib.
Aksiyada Azərbaycan səfirliyi də iştirak edib.
Bir ay öncədən sifariş edilmiş turlara hər biri 45-50 nəfərlik qruplarda olmaqla gün ərzində 250-dən çox ziyarətçi qatılıb. Kanberra şəhərindəki bir neçə səfirliyin əməkdaşları da ziyarətçilərin arasında olublar. Hər biri 80 dəqiqə davam edən “açıq qapı” turlarında əvvəlcə ziyarətçilərə Azərbaycan haqqında ümumi məlumat verilib, müxtəlif məlumat kitabçaları və broşürlər təqdim edilib, onların sualları cavablandırılıb. Ölkəmiz haqqında videomaterial və milli geyimlərimiz nümayiş olunub.
Sonra avstraliyalı rəqqasələrdən ibarət “Land of Fire” rəqs qrupu qonaqlara milli rəqslərimizi təqdim ediblər. Proqramın sonunda ziyarətçilər milli mətbəximizdən nümunələrə, Azərbaycan şərablarına qonaq ediliblər.
Proqramın tərkib hissəsi olaraq
səfirlik tərəfindən “ABC 666” radiosunda
Azərbaycan mədəniyyəti, tarixi, mətbəxi
və iqtisadiyyatına dair təqdimat da keçirilib.
Mədəniyyət.- 2015.- 7
oktyabr.- S. 7.