Kitabxanaçıların ahıllarla görüşü

 

Qazax rayon MKS-nin 1 saylı kitabxana filialı 1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə yaşlı oxucuların görüşünə gedib. Filialın müdiri Solmaz Nağıyeva kitabxanaya daxil olan yeni kitablar haqqında məlumat verib, fəal oxucular latın və kiril qrafikalı kitablardan maraqlı materiallar oxuyublar.

84 yaşlı İlyas Bayramov, 81 yaşlı Yetər Alməmmədova, 77 yaşlı Nərgiz Kazımova uşaqlara öz dəyərli tövsiyələrini veriblər. Qeyd edilib ki, bilikli və savadlı olmaq inkişaf deməkdir. Ahıllar tədbirin təşkilinə görə kitabxananın əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

 

Mədəniyyət.- 2015.- 7 oktyabr.- S. 7.