Azərbaycanda Rusiya filmləri həftəsi başa çatır

 

Xəbər verdiyimiz kimi, oktyabrın 1-dən Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi” keçirilir.

 

Mədəniyyət və Turizm Nazirliyinin və Rusiyanın Azərbaycandakı səfirliyinin dəstəyi, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və “KinofestProdüser Mərkəzinin təşkilatçılığı ilə keçirilən layihə iki ölkə arasında mədəniyyət və kinematoqrafiya sahəsində əlaqələri möhkəmləndirmək məqsədi daşıyır. Kino həftəsi boyunca hər gün bir film nümayiş olunur. Ekran əsərlərinin bir neçəsinə biztamaşa etdik.

İlk gün açılış mərasimindən sonraBurada üfüqlər sakitdir...” filmi təqdim olundu. Rejissor Renat Davletyarovun rus yazıçısı Boris Vasilyevin eyniadlı povesti əsasında çəkdiyi və 2015-ci ildə ekranlara çıxan film Böyük Vətən müharibəsindən bəhs edir. Qeyd edək ki, bu, povestin ikinci ekran həyatıdır. 1972-ci ildə rejissor Stanislav Rostotskinin M.Qorki kinostudiyasında lentə aldığı ikiseriyalı film böyük tamaşaçı rəğbəti qazanıb.

İnterfest”, “Star media” və digər kinoşirkətlərin birgə ərsəyə gətirdiyi yeni film hərbi dram janrındadır. Ssenaristlər Yuri Karatkov, Artyom Vitkin, Renat Davletyarov, operator Semen Yakovlevdir. Rolları Pyotr Fyodorov, Anastasiya Mikulçina, Jenya Malaxova, Aqniya Kuzneçova, Sofiya Lebedeva, Kristina Asmus, Yekaterina Vilkova başqaları oynayır.

1942-ci ilin may ayında müharibənin ən qızğın vaxtında faşistlərin təcrübəli, hazırlıqlı diversantları strateji mövqeyə malik olan Kirov dəmiryol xəttini Belomor-Baltik kanalını ələ keçirmək istəyirlər. Onların qarşısına isə starşina Vaskov tabeçiliyində beş qız əsgər çıxır. Onlar bu çətin tapşırığı canları bahasına yerinə yetirməli olurlar.

Kinohəftənin ikinci günüYaşıl karetfilmi nümayiş etdirildi. Filmin rejissoru Oleq Asadulin, ssenari müəllifi Artyom Vitkin, operatoru Andrey İvanovdur. Rollarda Andrey Merzlikin, Viktoriya İsakova, Aleksandr Miçkov, Sergey Yuşkeviç, Vladimir Menşov başqaları çıxış edir.

Film bir ailənin dramından bəhs edir. Dostlar arasında iki gənc bir-birlərini sevib evlənirlər. Vadim Rayevskinin bəxti gətirir. O, çox məşhur rejissor olur, bir çox filmlər çəkir. Hətta axırıncı filmi “Oskar” mükafatına layiq görülür. Şan-şöhrət, bahalı avtomobillər, gözəl ev, jurnalistlərin diqqəti onun həyatını dəyişdirir. Öz ailəsinə artıq diqqət etmir. Baş verən hadisələr ailəsinə təsir edir. Həyat Vadimə gözlənilməz zərbə vurur. Oğlu atasının məşhurluqdan əvvəl ailəsinə göstərdiyi diqqəti görmür intihar edir. Vadim oğlunun intihar səbəblərini araşdırıb günahkarları axtarmağa başlayır. Dərinliyə getdikcə dəhşətli faktlarla qarşılaşır.

Həftənin üçüncü günüQuzum Dolli kinli idi, tez öldüfilmi göstərildi. Elmi fantastik macəra janrında olan filmin rejissoru Aleksey Pimanovdur. Ssenaristlər Qalina Salqarelli, Yelena Serova, Aleksey Pimanovdur. Filmdə Danila Şevçenko, Yuliya Saviçeva, Viktor Suxorukov, Roman Polyanskiy, Viktoriya Maslova başqaları çəkiliblər. Baş qəhrəman Nikita cavan oğlandır. O, elmi eksperiment nəticəsində iyirmi beş il keçmişə, öz valideynlərinin cavanlıq vaxtına gedir onların yaxın dostuna çevrilir. Özünə yeni dostlar tapır. Həmçinin əsl sevgisini tələbə Maşanın sayəsində tapır. Bu görüş sayəsində Nikita öz həyatını dəyişir. Lakin keçmişdə qalmaq onu sürətlə qocalmağa doğru aparır. Təcili öz dövrünə qayıtmaq ona çətin olur.

Bundan əlavə, oktyabrın 4-də “Kabus”, 5-də “Batalyon”, 6-da “Ələkeçməzfilmləri göstərildi. Rusiya kinosu həftəsinə 7 oktyabrdaƏziz anamfilminin nümayişi ilə yekun vurulacaq.

Qeyd edək ki, saat 18.40-da başlanan seansa giriş sərbəstdir.

 

Rəsul Şirinov

 

Mədəniyyət.- 2015.- 7 oktyabr.- S. 5.