Tanınmış teatr rejissorunun yubiley benefisi

 

Oktyabrın 4-də Azərbaycan Dövlət Musiqili Teatrında tanınmış rejissor, Əməkdar incəsənət xadimi Əli Usubovun 80 illik yubileyi ilə əlaqədar SSRİ Xalq artisti Rauf HacıyevinQafqazlı qardaşqızıoperettası nümayiş olundu. Səhnə əsəri yubilyarın quruluşunda təqdim edildi.

 

“Bu operetta mənim üçün çox dəyərlidir. 1969-cu ildə Leninqrad Konservatoriyasını bitirdikdən sonra Moskva Teatrında tamaşaya qoyduğum ilk operetta, rejissorluq sahəsində atdığım ilk addımdır. Rauf Hacıyevin bu möhtəşəm operettası milli musiqi mədəniyyətimizin klassikasıdır. Əsərin parlaq süjeti, sevgi toqquşmaları, sözsüz ki, tamaşaçıları özünə cəlb edir. Mən Mədəniyyət Turizm Nazirliyinə, şəxsən Əbülfəs Qarayevə tamaşanın hazırlanmasına dəstək olduğu üçün təşəkkür edirəm. Hesab edirəm ki, yarıməsrlik fasilədən sonra Rauf Hacıyevin ən yaxşı musiqili komediyalarından olanQafqazlı qardaşqızı”nın yenidən Bakı səhnəsinə qayıtması bəstəkarın yaradıcılığını sevənlər üçün böyük hədiyyə olacaq”.

Bu fikirləri jurnalistlərə açıqlamasında quruluşçu rejissor Əli Usubov bildirib.

Rauf HacıyevinQafqazlı qardaşqızıoperettası indiyə qədər Moskva, Riqa, Sankt-Peterburq, Volqoqrad Nalçik kimi şəhərlərin musiqili teatrlarında tamaşaya qoyulub.

Qeyd edək ki, Dövlət Musiqili Teatrında təqdim olunan tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, səhnə tərtibatçısı Moskvadan dəvət olunmuş rəssam, Rusiya Rəssamlıq Akademiyasının üzvü, professor Dmitri Çerbadji, quruluşçu baletmeysterləri Leyla Zakir Ağayevlərdir. Əsas rolları Xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Nərgiz Kərimova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, Boris Qrafkin, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Marina Litvinenko başqaları ifa edirdilər.

Yubilyarın benefis gecəsində Mədəniyyət Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov çıxış edərək Əli Usubovun həyat yaradıcılığından geniş danışdı, onun Azərbaycan teatrının inkişafında özünəməxsus rolu olduğunu vurğuladı. Bildirdi ki, sənətkarın fəaliyyəti Mədəniyyət Turizm Nazirliyi tərəfindən daima yüksək qiymətləndirilib.

Əli Teymur oğlu Usubov 1935-ci ildə Gəncədə anadan olub. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsini, N.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının musiqili teatr rejissorluğu fakültəsini bitirib. Azərbaycan Dövlət OperaBalet Teatrında quruluşçu rejissor, baş rejissor, Heydər Əliyev Sarayında baş rejissor, Omsk Dövlət Musiqili Teatrında baş rejissor vəzifələrində çalışıb. F.Dostoyevski adına Omsk Dövlət Universitetində dosent, professor kimi fəaliyyət göstərib.

Əli Usubov 50-dək opera operettaya quruluş verib. C.Verdinin “Aida”, “Riqoletto”, “Traviata”, D.PuççinininToska”, S.RaxmaninovunAlekooperaları, İ.ŞtrausunYarasa”, İ.Kalmanın “Silva”, F.LeqarınŞən dul qadınoperettaları onun quruluşunda müxtəlif teatrların səhnələrini bəzəyib.

Hazırladığı tamaşalar Moskvada Böyük Teatrda, Ukrayna, Türkmənistan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Özbəkistan digər MDB ölkələrinin teatrlarında göstərilib. Üzeyir HacıbəylininArşın mal alanoperettasının 100 illiyi ilə əlaqədar TÜRKSOY-un beynəlxalq layihəsi əsasında əsərə quruluş verib, operetta Paris Strasburqda nümayiş olunub.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 7 oktyabr.- S. 4.