Mədəniyyət mərkəzlərinin və filiallarının rəhbərləri üçün səyyar seminar

 

Azərbaycan qeyri-maddi mədəni irs sahəsinin qorunması, dəstəklənməsi, əhalinin asudə vaxtının mədəni təşkili üçün, o cümlədən onun infrastrukturunu təşkil edən klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şəhər (rayon) mədəniyyət mərkəzləri yaradılıb. Hazırda mərkəzlərin fəaliyyətinin təşkili istiqamətində aparılır.

Oktyabrın 3-də Göygöl Rayon Mədəniyyət Mərkəzində Gəncə, Yevlax, Mingəçevir, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, GoranboyGöygöl rayonlarının mədəniyyət mərkəzlərinin direktorları və metodistləri, o cümlədən aparıcı filialların (mədəniyyət, folklor, sənətkarlıq və s. evləri və klublar) rəhbərləri üçün səyyar seminar keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin Xalq yaradıcılığı və qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynlisektorun aparıcı məsləhətçisi Vüqar Məmmədov tərəfindən aparılan səyyar seminarda "Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması" strategiyası və islahatlara dair digər mövzularda ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran məsələlər izah edilib, suallar cavablandırılıb. Səyyar seminarların respublikanın digər bölgələrində də keçirilməsi planlaşdırılıb.

 

Mədəniyyət.- 2015.- 7 oktyabr.- S. 2.