Moskvada Dinara Əliyevanın
“Opera art” festivalı
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük
salonunda Azərbaycanın
Əməkdar artisti, Rusiya Böyük Teatrının aparıcı
solisti Dinara Əliyevanın “Opera art” beynəlxalq
musiqi festivalı açılıb.
Festivalın beş konsertinin
proqramına dünya operasının inciləri
- P.Çaykovskinin “İolanta”,
C.Verdinin “Traviata” operaları, “Verdi-qala” və “Puçini-qala” proqramları, eləcə
də Neopolitan mahnıları və İtaliya sarsuelaları daxildir.
Festivalda Dinara Əliyevanın səhnə tərəfdaşları
dünya şöhrətli
opera artistləridir. Onların
arasında Azərbaycan
səhnəsinin baritonu
Əvəz Abdulla, məşhur
amerikalı tenor Çarlz
Kastronovo, alban tenoru Saymir Pirqu,
türk Murat Karaxan da var. P.Çaykovski və C.Verdinin operalarının konsert ifasında Böyük Teatrın solisti Nikolay Didenko və digər rusiyalı musiqiçilər
iştirak edəcəklər.
“Opera art”
festivalının ifaçılarını
Y.F.Svetlanov adına
Rusiya Dövlət Simfonik Orkestri, “Novaya opera”
və “Orfey” orkestrləri müşayiət
edəcək. Dinara Əliyeva
“Opera art” festivalını təkcə
Moskvada deyil, dünyanın bir çox ölkələrində
keçirməyi planlaşdırır.
Mədəniyyət.- 2015.- 7 oktyabr.- S. 3.