Milli Kitabxanada ALISA proqramı ilə bağlı növbəti treninq

 

Yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən Azərbaycan Milli Kitabxanasında mütəmadi olaraq 10 günlük treninqlər təşkil edilib.

Milli Kitabxananın treninq mərkəzində keçirilən “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində “ALISA-Vahid Kitabxana İdarəetmə Sistemi və MARC-21” treninqinin növbəti müdavimlərinə sertifikatlar təqdim olunub.

Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən müasir üsulları, yeni xidmət növləri ilə əyani tanış olublar.

 

Mədəniyyət.- 2015.- 9 oktyabr.- S. 13.