Əməkdar artist Fərqanə QasımovanınNəvakonserti

 

Azərbaycan Milli Konservatoriyasında Əməkdar artist Fərqanə QasımovanınNəvadəstgahı adlı solo konserti keçirilib.

Konsertdən öncə çıxış edən Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş KərimiNəvadəstgahından, eləcə muğamla bağlı tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətindən söz açıb.

Daha sonra çıxış edən Xalq artisti Alim Qasımov muğam sənətinin ölməzliyi konsertin əhəmiyyətindən bəhs edib.

Qonaqlar tərəfindən alqışlarla qarşılanan konsert proqramı maraqlı anlarla yadda qalıb. Konsertdə Fərqanə Qasımovanı sağurda Şamil İsmayılov, tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, udda Bəhruz Zeynalov, neydə Davud Qafarzadə, tonbak dafda Pehrang Padir, nağarada Cavidan Nəbiyev Vüqar Şərifzadə müşayiət ediblər.

Fərqanə Qasımova oktyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Nəvadəstgahı adlı solo konsert proqramı ilə çıxış edəcək.

 

Mədəniyyət.- 2015.- 9 oktyabr.- S. 13.