Konfet dağlar neftli sahillər

 

Perm Müasir İncəsənət Muzeyində müasir Azərbaycan incəsənəti sərgisi

 

Rusiyanın Perm şəhərinin Müasir İncəsənət MuzeyindəKonfet dağlar neftli sahilləradlı müasir Azərbaycan incəsənəti sərgisi açılıb. Sərgi Perm diyarının Mədəniyyət, Gənclər Siyasəti Kütləvi Kommunikasiyalar Nazirliyi, “YAY GALLERY”, “Aydan Qalereya “Artist and Frollov Gallery” qalereyalarının dəstəyi ilə təşkil edilib.

Sərgidə 22 rəssamın əsərləri təqdim olunub. Muzeyin təqdimatında deyilir: “Onların çoxu Azərbaycanda yaşamır. Amma buna baxmayaraq, tarixi Vətən ilə sıx əlaqə saxlayırlar. Azərbaycan dünyasıanlayışı ölkə miqyasından xeyli genişdir. Azərbaycan diasporu keçmiş SSRİ ərazisində, xüsusən, Rusiyada ən çoxsaylı diasporlardan biridir. Azərbaycanın mədəni elitası bütün dünyada uğurla fəaliyyət göstərir”.

Muzeyin art direktoru, sərginin kuratoru, rəssam Nailə Allahverdiyeva bildirir ki, konfet dağlar dedikdə Altıağac Milli Qoruğu başa düşülür: “Altıağaca gedən yolda inanılmaz rənglərdə dağlar görürsən. Bu parlaq rəng qammasına görə onları xalq arasındakonfet dağlaradlandırırlar. Bakının Abşeron sahili sözün əsl mənasında neftlidir. Neft mancanaqları şəhər hüdudlarında yerləşir, dənizdən əsən külək isə xam neftin qoxusunu ətrafa yayır”.

Onun sözlərinə görə, bu sərgi Azərbaycan incəsənəti ilə tanış olmaq üçün yaxşı imkandır: “Hamı bilir ki, Azərbaycan neft ölkəsidir, amma incəsənət baxımından çoxları üçün bir növ tədqiq edilməmiş məkandır. Həm müasir Azərbaycan incəsənətinin müasir müstəqil Azərbaycan qədər, yəni əsrin dörddə biri qədər yaşı var. Məhz bu səbəbdənKonfet dağlar neftli sahillərretrospektiv deyil, indiki məqamı tutmaq, “burada indibaş verənləri görmək üsuludur.

 

Mədəniyyət.- 2015.- 9 oktyabr.- S. 13.