Çexiyada Azərbaycan mədəniyyəti haqqında bülleten nəşr olunub

 

Çexiyanın Karlov Universitetində Azərbaycan mədəniyyəti haqqında bülleten nəşr edilib. Bülletenin bir hissəsi Azərbaycanın gənc rəssamlarının bu ilin mayında Praqada keçirilmiş sərgisinə həsr olunub.

Bu barədə “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev məlumat verib. Bülletendə mərkəzin mədəniyyət sahəsində gördüyü işlər haqqında da çexingilis dilində məqalə yer alıb.

Xatırladaq ki, Çexiyadakı səfirliyimizin dəstəyilə adıçəkilən universitetin fəlsəfə fakültəsində "Azərbaycan Kaspi Araşdırmalar Mərkəzi" açılıb. Mərkəzin müdiri professor Eduard Gombardır.

 

Mədəniyyət.- 2015.- 9 oktyabr.- S. 12.