Bakı Fotoqrafiya Məktəbi bu
sənətin sirlərini öyrədəcək
Gənc fotoqraf, Britaniya Kral Fotoqrafiya Cəmiyyətinin üzvü Rüfət Əliyev “Bakı Fotoqrafiya Məktəbi” adlı yeni layihəsini təqdim edib. Bu barədə məlumat verən R.Əliyev deyib ki, fotoqrafiya sənətinin sirlərini gənc fotoqraflarla bölüşmək niyyətindədir. Məktəbə Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, İsrail və Ukraynadan 30 dinləyici qəbul olunub.
Dinləyicilər ustad dərslərində iştirak edəcək, kinoya fotorejissorun gözü ilə baxmağı öyrənəcək, fotolayihələr düşünəcək və reallaşdıracaqlar.
R.Əliyev bildirib ki, məktəbdə təlim müddəti 3 aydır ki, bu da 100 dərs saatından çoxdur. Yekun attestasiyadan keçdikdən sonra dinləyicilərə diplom və Britaniya Kral Fotoqrafiya Cəmiyyətinə üzvlük vəsiqəsi də təqdim ediləcək.
Qeyd edək
ki, tədris pulludur. Master-klaslara fotoqraf Rüfət Əliyev özü rəhbərlik edəcək.
Kinorejissor və prodüser
sahəsində ustad dərslərini Riqadan olan kinorejissor Rizvan Məmmədov, reportaj və sənədli çəkiliş
sahəsindəki dərsləri
Azərbaycan fotojurnalistikasının
ustadı Fərid Xayrullin aparacaq. Dinləyicilər həmçinin Azərbaycanın
tarixi məkanlarını
ziyarət edəcəklər
və yekunda fotosərgi təşkil ediləcək.
Mədəniyyət.- 2015.- 9 oktyabr.- S. 11.