Tanınmış karikatura ustası
dünya turunda
Azərbaycanın məşhur karikatura ustası, yüzdən artıq mükafata layiq görülmüş,
40-dan çox beynəlxalq
karikatura müsabiqəsinin
jürisində yer almış Seyran Cəfərli bu yaxınlarda Kolumbiyada keçirilən 22-ci beynəlxalq
"Rendoncartoon" karikatura
yarışmasının münsiflər
heyəti tərkibində
iştirak edib.
Seyran Cəfərli
bildirib ki, müsabiqəyə Rio Negro şəhər
meri Hernan Ospina Sepulveda və yarışma meneceri
Fernando Picanın xüsusi
dəvəti ilə qatılıb. Təqdimetmə
və açılış
mərasimində söz
alan Seyran
Cəfərli Azərbaycan
və Kolumbiya arasında mədəni əlaqələrin bundan sonra da inkişaf
edəcəyini, hər
iki ölkə sənətçilərinin birgə
yaradıcılıq mübadiləsinin
vacibliyini qeyd edib. Rəssam rəhbəri olduğu
"Beynəlxalq Karikatura
Xəbər Mərkəzi"
saytının xüsusi
medalını karikaturanın
inkişafında xidmətlərinə
görə Rio Negro şəhərinin
merinə və yarışma menecerinə
təqdim edib. On
gün davam edən tədbirdə qonaqlar şəhərin görməli yerləri ilə yaxından tanış olublar.
Qeyd edək ki,
karikatura ustasının uğurları bununla bitmir. Seyran Cəfərli oktyabr
ayında Kosovoda və Çində
keçirilən Beynəlxalq karikatura
yarışmalarının da münsiflər
heyəti tərkibinə dəvət alıb. O, bundan əlavə Serbiyada
keçirilən anti-müharibə mövzulu
beynəlxalq karikatura
yarışmasının xüsusi
mükafatına layiq görülüb.
Mədəniyyət.- 2015.- 9
oktyabr.- S. 11.