Münasib qiymət rahat istirahət

 

Ölkəmizdə az ulduzlu hotellər hostellər şəbəkəsinin genişlənməsinə ehtiyac var

 

Dünyanın fərqli məkanlarında yaşayan insanlar müxtəlif ölkələrdə istirahət etmək, maraqlı yerlərdə olmaq, tarixi abidləri öz gözləri ilə görmək istəyirlər. Bu zaman onları maraqlandıran ilk məsələ getdikləri yerlərdə yerləşən hotellər, onların qiymətləri olur. Maddi durumu yüksək olmayan insanlar daha ucuz hotellərdə yerləşmək, daha az pul xərcləməklə istirahət etmək, yeni məkanları görmək arzusundadırlar. Ona görə turizm sənayesinin inkişaf etdiyi ölkələrdə əhalinin hər təbəqəsini nəzərə alaraq, müxtəlif ulduz kateqoriyalı hotellər, kempinqlər, motellər hostellərdən geniş istifadəyə şərait yaradılır.

 

Paytaxt Bakıda ölkəmizin regionlarında da hər il müxtəlif ulduz kateqoriyalı yeni hotellər tikilib istifadəyə verilir. Hazırda ölkəmizdə hotellərin sayı 535-ə çatıb. Onlar əsasən 3, 4 5 ulduzludur. Ümumiyyətlə, əksər ölkələrdə turistlər hotel seçimi edərkən məhz bu kateqoriyalı hotellərə üstünlük verirlər. Amma bununla yanaşı turizmin inkişaf etdiyi müxtəlif ölkələrdə aşağı kateqoriyalı hotellər kifayət qədər olur. Lakin aşağı ulduz kateqoriyalı dedikdə heç bu hotellərdə xidmət səviyyəsi şəraitin aşağı olması nəzərdə tutulmur. Söhbət sadəcə bu tip hotellərdə qonaqlara təklif olunan xidmətlərin daha məhdud sayda olmasından gedir.

* * *

Ölkəmizdə turizmin inkişaf tempi Bakı şəhərində, eləcə regionlarda 2 3 ulduzlu hotellərə tələbatın getdikcə artdığını göstərir. Çünki Azərbaycana müxtəlif ölkələrdən qənaətcil büdcə ilə səyahət həvəskarları da gəlmək istəyir. Eləcə yerli turistlər daha münasib qiymətli hotellərə maraq göstərirlər.

Bu məsələlərə münasibət bildirən Mədəniyyət Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov hazırda həm regionlarımıza, həm paytaxtımıza gələn insanların tələbatını ödəyəcək kifayət qədər 4, 5 ulduzlu hotellərin olduğunu deyir: “Lakin orta aşağı maddi durumlu turistləri yerləşdirmək imkanlarımız olmalıdır. Biz nazirlik olaraq hansısa sahibkarı az ulduzlu hotellər ya hostel tikməyə məcbur edə bilmərik. Qanunvericilikdə hotellərin ulduz verilmə qaydası sahibkarın könüllülük pirinsipi əsasında nəzərdə tutulur. Yəni sahibkar tikdiyi hotelin neçə ulduz olmasını özü müəyyən edir. Onların da əksəriyyəti 3, 4 5 ulduzlu hotel lisenziyası almağa maraq göstərir”.

Müsahibim qeyd edir ki, tələbat artdıqca 2, 3 ulduzlu hotellər hostellər şəbəkəsi ölkəmizdə genişlənəcək.

Sektor müdiri aşağı kateqoriyalı hotellər hostellər şəbəkəsinin formalaşdırılması üçün Mədəniyyət Turizm Nazirliyi tərəfindən müəyyən addımların atdığını, müvafiq tövsiyələrin verildiyini bildirir. Bununla bağlı rayon şəhər icra hakimiyyətlərinə müvafiq məktublar göndərilib. Məktubda regionlarda az ulduzlu hotellərin tikilməsində sahibkarların təşviq edilməsinə köməklik edilməsi sahibkarların bu sahəyə stimullaşdırılması qeyd olunur: “Bununla yanaşı həm yerli, həm xarici şirkətlər, sahibkarlarla təşviqat işlərimizi davam etdiririk. Yeri gəlmişkən, bugünlərdə Parisdə keçirilən “Top Resa 2015” beynəlxalq turizm sərgisində Azərbaycanda 2-3 ulduzlu brend hotellərin tikilməsi məqsədilə Fransanın “Accor” mehmanxanalar şəbəkəsi ilə müvafiq danışıqlar aparıldı. Bu ilin sonunda Bakıda yerli sahibkarlar üçün geniş təqdimatın keçirilməsi haqqında razılıq da əldə olundu”.

* * *

Azərbaycanda az ulduzlu hotellərin, motellərin və hostellərin fəaliyyət göstərməsinə ehtiyac var. Bu fikri qeyd edən Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov belə yerləşdirmə obyektlərinin tikintisi üçün sahibkarlara xüsusi güzəştlərin olunmasını vacib sayır: “Ümumiyyətlə, turizmi inkişaf etdirmək istəyən ölkələrdə bütün kateqoriyalı insanların tələbatını ödəyə biləcək hər cür hotel tipləri - hostellər, motellər, kempinqlər olmalıdır. Azərbaycanda hostellər demək olar ki, yoxdur. Bir neçə 2 ulduzlu hotel var. 2 ulduzlu hotellərin və hostellərin tikilməsində sahibkarlara dövlət tərəfindən xüsusi güzəştlər edilsə, yaxşı olar. Belə obyektlərin tikilməsi turizmin inkişafına və qiymətlərin azalmasına səbəb olacaq. Bu tipli hotellərin olması aztəminatlı vətəndaşlarımızın da ölkəmizin müxtəlif bölgələrində istirahət etmək ehtiyaclarını ödəyə bilər. Həmçinin Rusiyanın müxtəlif regionlarından, MDB ölkələrindən və İrandan gələn turistlərin sayının artmasına zəmin yaradar”.

Həmsöhbətim deyir ki, insanların çoxu aşağı ulduzlu hotellər dedikdə bunu oradakı şəraitin aşağı olması kimi başa düşürlər: “Amma əslində belə deyil. Bu tip hotellərdə xidmətlərin çeşidi, menyuda olan yeməklərin sayı az olur. Təmizlik, rahatlıq və s. yüksək səviyyədə olur. Burada maddi durumu aşağı olan turistlər üçün ən minimal tələbatı ödəyən şəraitin olduğuna görə onları qane edir”.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 9 oktyabr.- S. 9.