Memarlıq
ixtisası tələbələrinin Əlincəqala gəzintisi
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü ilə Naxçıvan Dövlət Universitetinin memarlıq ixtisası tələbələrinin Əlincəqala tarixi abidəsinə gəzintisi təşkil olunub.
Əvvəlcə tələbələr burada aparılan bərpa işləri ilə tanış olublar. Məlumat verilib ki, muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun 2014-cü ildə imzaladığı müvafiq sərəncamla Əlincəqalada bərpa işləri davam etdirilir.
Naxçıvan Dövlət Universitetinin memarlıq kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyev qeyd edib ki, Əlincəqala qədim mənbələrdə müxtəlif adlarla qeyd olunur. Bu gün tədqiqatçılar Əlincəqalanın adını qədim türk dilində “düzənlik” mənasında işlədilən “alan” sözü ilə bağlayırlar. Bu, qalanın yerləşdiyi sahənin kiçik meydançaya bənzəməsi ilə əlaqədardır.
Qədim tarixi mənbələrə
görə, qala 2 min il əvvəl tikilib. Digər tarixçilərə görə, qala III-IV əsrlərdə Sasani
dövlətinin vaxtında tikilib.
Əlincəqalanın divarları Əlincə
dağının ətəklərindən başlayaraq
pillələr şəklində yuxarıya doğru
ucalır və onun zirvəsini tamamilə
əhatə edir. Əlincəqala, əsasən,
üç geniş
sahədən - şimal, şimal-qərb
və cənub-qərb sahələrindən ibarətdir. Qalada vaxtilə ilxı və mal-qara
saxlamaq, 600-ə qədər döyüşçünü öz atı və başqa
hərbi sursatı ilə birlikdə yerləşdirmək mümkün idi.
Qalanın üzərində müxtəlif yerlərdə
10-dan artıq hovuz qazılıb və
daşların üzərində müxtəlif rəsmlər
həkk olunub.
Mədəniyyət.- 2015.- 9
oktyabr.- S. 8.