Bir şairlə görüş
Sentyabrın 30-da Neftçala rayonu Boyat kənd kitabxana filialı və kənd diyarşünaslıq evinin təşkilatçılığı ilə AYB-nin üzvü, yazıçı-publisist, “Azərbaycan SSR xalq maarifi əlaçısı”, “Məmməd Araz” ədəbi mükafatçısı şair Soltan Abbasın yaradıcılıq gecəsi keçirilib.
Tədbirin aparıcısı diyarşünaslıq evinin işçisi Ruxsarə Bağırova şairin yaradıcılığından söz açıb. Qeyd edib ki, 1979-cu ildə “Damcı” adlı ilk şeirlər kitabı ilə oxucuların görüşünə gələn Soltan Abbas bu gün öz imzası ilə tanınan şairlərdəndir. 15-dək kitabın müəllifi olan sadə kənd müəllimi şeirlərində onu düşündürən mövzulardan söhbət açır, oxucularını bu narahat dünyamızın problemlərindən baş çıxarmağa çağırır. Digər çıxış edənlər müəllifin yaradıcılığının bədii məziyyətlərindən danışıblar.
Gecədə şairin əsərlərindən
nümunələr səsləndirilib. Sonda
MKS-nin direktoru
E.Kazımova şairə hədiyyələr təqdim edib.
Mədəniyyət.- 2015.- 9
oktyabr.- S. 7.