Kolumbiya diplomatı Astaraya
səfər edib
Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Gater cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonunda olub. Rayon rəhbərliyi ilə görüşdən sonra qonaq Heydər Əliyev Mərkəzinə baş çəkib, ulu öndərin həyat və fəaliyyətini, eyni zamanda Astaraya səfərlərini əks etdirən fotolardan ibarət sərgiyə baxıb.
Sonra
diplomat rayon MKS-nin fəaliyyəti
ilə tanış
olub. Direktor Tural Eyvazov kitabxananın şöbələri
haqqında qonağa geniş məlumat verib. Cənubi Amerika yazıçılarının
kitablarından ibarət
sərgi qonağın
daha çox diqqətini çəkib,
o, dünya şöhrətli
Kolumbiya yazıçısı
Qabriel Qarsia Markesin Azərbaycan dilinə tərcümə
olunmuş kitablarına
maraqla baxıb. Kitabxanada Kolumbiya səfirliyinin köməyi ilə sərgilərin və kolumbiyalı yazıçıların
kitablarının təqdimatının
keçirilməsi təklif
olunub.
Natəvan Mədətzadə,
Astara rayon Mərkəzi kitabxanasının
şöbə müdiri
Mədəniyyət.- 2015.- 9 oktyabr.- S. 7.