“Xınalıq etüdləri”nin təqdimatı

 

Quba rayon MKS-nin Mərkəzi kitabxanasının oxu zalında hərbiçi-şairə Zəminə Xınalının “Xınalıq etüdləri” kitabının təqdimatı keçirilib. Tədbiri rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Seyid Cabbarov açaraq bildirib ki, Zəminə Xınalı ölkəmizdə hərbi marşlar müəllifi kimi tanınır. Bu gün məcburən müharibəyə cəlb olunmuş ölkəmizdə ordumuz haqqında yazmaq hər bir şairin vətənpərvərlik borcudur.

MKS-nin direktoru Saməddin Nəsirov qeyd edib ki, “Xınalıq etüdləri” azərbaycançılıq məfkurəsinə xidmət edən kitabdır. Yazıçı-publisist Kərim Dünyamalı, “Gülüstan” elmi-ədəbi məclisinin rəhbəri, şair Şıxəmməd Seyidməmmədov, ədəbiyyatşünas alim Tariyel Abbaslı, yazıçı Rafael İncəyurd, kitabın işıq üzü görməsinə maliyyə dəstəyi verən Venera Əsgərova və başqaları bildiriblər ki, şairə Xınalığın dəyərini təkcə onun təbii gözəlliklərində görmür, onun insanlarında, övliyalarında axtarır.

Sonda Zəminə Xınalı Mərkəzi kitabxanaya kitablar hədiyyə edib.

 

Mədəniyyət.- 2015.- 9 oktyabr.- S. 7.