“Solğun
çiçəklər” yeni yozumda
Şuşa Dövlət Musiqili Dram Teatrının premyerası
Qısa, amma zəngin yaradıcılıq dövründə milli dramaturgiyamıza çoxsaylı əsərlər bəxş etmiş Cəfər Cabbarlının adı, Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazılıb. Respublikanın elə bir teatrı yoxdur ki, Cəfər Cabbarlı yaradıcılığına dönə-dönə müraciət etməsin.
Şuşa Dövlət Musiqili Dram Teatrı da bu ənənəyə sadiq qalaraq, onun ölməzləşən “Solğun çiçəklər” faciəsini səhnələşdirib. Uzun müddətdir üzərində iş gedən tamaşanın premyerası oktyabrın 9-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında olacaq.
Tamaşanın quruluşçu
rejissoru Lalə Şirinova,
quruluşçu rəssamı Valeh Məmmədov, musiqi
tərtibatçısı Azad Məmmədovdur.
İkihissəli faciədə əsas rolları Rasəf Mehdiyev, Xatirə İsgəndərova,
Dürdanə Dünyamalıyeva, Vüsalə Məmmədzadə,
Zahid Mehdiyev ifa edirlər.
Mədəniyyət.- 2015.- 9
oktyabr.- S. 5.