“Xəcalət” Füzuli Dram Teatrında təqdim olunub
Füzuli Dövlət Dram Teatrı
yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmovun
“Xəcalət” əsərini
Horadiz şəhər
3¹-li tam orta məktəbin müəllim
və şagird kollektivinə təqdim edib.
Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssam
Ellinaz Balaşova, musiqi tərtibatçısı
Sənan Sevindikzadədir. Rollarda Əli Hüseynov, Sevinc Məmmədova, Fatimə Səfərəliyeva,
Elçin Məmmədov,
Elşən Gözəlov,
Sehran Xanlarov və başqaları çıxış edib.
Tamaşadan sonra bildirilib ki, son bir il ərzində məktəblilərin teatra
marağı daha da artıb. Əsər şagirdlərdə vətənpərvərlik
hissləri təbliğ
edir, xalqımızın
başına müsibətlər
gətirən düşmənə
nifrət yaradır.
Mədəniyyət.- 2015.- 9 oktyabr.- S. 5.