Türkiyə Mədəniyyət
və Turizm Nazirliyinin
əməkdaşları ölkəmizə səfərə gəlib
Mədəniyyət və Turizm Nazirliyində qonaqlarla görüş keçirilib
Oktyabrın 8-də
Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov Türkiyənin
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə görüşüb.
Aparat rəhbəri qardaş ölkə təmsilçilərinin səfərinin əhəmiyyətini yüksək qiymətləndirərək, Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri arasında yüksək əməkdaşlıq münasibətlərinin olduğunu qeyd edib, beynəlxalq layihələrdə birgə iştirak haqqında danışıb.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ölkədə işə qəbul məsələləri, qəbulun şərtləri, vəzifə və kateqoriyaları haqqında ümumi məlumat veriblər. Qonaqlar nazirliyin fəaliyyəti ilə də əyani tanış olublar.
Belə görüşlərin qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişafına təkan verəcəyi vurğulanıb.
Qeyd edək ki, oktyabrın 7-də türkiyəli qonaqlarla Dövlət Qulluğu Məsələləri Komissiyasında görüş keçirilib. Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev və İnsan resursları şöbəsinin müdir müavini Yusif Səfərov iştirak edib. Nümayəndə heyəti üçün Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinə həsr olunan təqdimat keçirilib.
Qeyd edək ki,
səfərin əsas məqsədi iki
ölkənin dövlət orqanları arasında təcrübə
mübadiləsinin aparılmasından ibarətdir.
Mədəniyyət.- 2015.- 9
oktyabr.- S. 4.