Sağlıq turizmində nəyimiz var?

 

Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası Ankarada konfransda təmsil olunub

 

6-8 oktyabr tarixində Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasını (AHTTSA) təmsil edən nümayəndə heyəti Ankara Ticarət Odasının dəvəti ilə Türkiyə paytaxtında işgüzar səfərdə olub.

7 oktyabrda heyət “Sağlıq turizmində nəyimiz var? Nəyimiz yox? Nə etməliyik?” mövzusunda konfransda iştirak edib. Tədbirdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, TÜRSAB, ATO, sağlıq müəssisələri, turoperatorlar, eləcə də MDB, Avropa və Yaxın Şərqdən gəlmiş rəsmi şəxslər, mütəxəssislər və adamları iştirak ediblər.

Konfransda problemlər, birgə hədəflər, qarşılıqlı fəaliyyət, yaxın və uzaq prespektivlər müzakirə olunub, üç panel dinləmələri keçirilib. Nümayəndə heyəti adından Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev “Azərbaycanın turizm potensialı” adlı mövzu ilə geniş təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb.

Tədbirdən sonra ikitərəfli görüşlər çərçivəsində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Sonda qonaqlara Azərbaycanın turizm və mədəni imkanlarını əks etdirən reklamçap məhsulları təqdim edilib. Bu mövzuda növbəti tədbirin Azərbaycanda keçirilməsi qərara alınıb.

 

Mədəniyyət.- 2015.- 9 oktyabr.- S. 4.