“Ənənə
və müasirlik”
Beynəlxalq incəsənət festivalında Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunub
Oktyabrın 8-də Portuqaliyanın Lissabon şəhərində "Ənənə və müasirlik" beynəlxalq incəsənət festivalı başlanıb. Oktyabrın 17-dək davam edəcək festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli fırça ustası, Xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunub.
2007-ci ildən etibarən Moskvanın Mədəniyyətin Dəstəklənməsi və Müasir İncəsənətin İnkişafı Fondunun təşkilatçılığı ilə ənənəvi olaraq hər il "Ənənə və müasirlik" beynəlxalq incəsənət festivalı keçirilir. Dünyanın 40-dan artıq ölkəsindən və Rusiya Federasiyasının 30 bölgəsindən çoxsaylı rəssamlar festivalda iştirak edirlər. Festival 2014-cü ilədək Moskvada, 2014-cü ildə isə Portuqaliyanın Lissabon şəhərində keçirilib.
Hər il festivalı
200 minədək tamaşaçı
ziyarət edir. Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə
2009-cu ildə Əməkdar
rəssam Fərman Qulamov, 2011-ci ildə Əməkdar rəssam Sakit Məmmədov, 2012-ci
ildə Rəşad Mehdiyevlə gənc rəssam Məryəm Ələkbərli, 2013-cü ildə
Namiq Məmmədov,
2014-cü ildə isə
Xalq rəssamı Tahir Salahov və
Əməkdar rəssam
Sakit Məmmədovun rəhbərliyi ilə bir qrup fırça
ustası Azərbaycanı
bu festivalda təmsil edib. Tamaşaçıların və münsiflər
heyətinin səsverməsi
ilə keçirilən
müsabiqənin nəticələrinə
əsasən rəssamlarımız
müxtəlif nominasiyalarda
mükafata layiq görülüblər.
Mədəniyyət.- 2015.- 9 oktyabr.- S. 3.