Məşhur memarların Bakıdakı layihələri Azərbaycana maraqdan irəli gəlir

 

Paytaxtımızdakı tariximüasir memarlığın sintezi dünya şəhərləri üçün örnək ola bilər

 

Oktyabrın 8-də Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi münsiflər heyətinin üzvləri, Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Vonier, tanınmış memarlar Vasilis Sqoutas, Mişel BarmakHaydar Ali ilə görüşüb. Görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayeviştirak edib.

 

Baş nazirin müavini qonaqlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda və bütövlükdə ölkəmizin bölgələrində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə məlumat verib. Bu sahədə görülən işlərin xüsusilə Bakı şəhərində daha qabarıq, bütün gözəlliyi və əzəməti ilə nəzərə çarpdığı vurğulanıb. Elçin Əfəndiyev son illərdə bir sıra məşhur memarların paytaxtımızda öz layihələrini həyata keçirməsinin ölkəmizə olan böyük maraqdan irəli gəldiyini vurğulayıb.

Bildirilib ki, artıq şəhərimizin müasir rəmzlərinə çevrilmiş Heydər Əliyev Mərkəzinin binası, məşhur Alov Qüllələri, “Eurovision” mahnı müsabiqəsinin keçirildiyiBaku Crystal Hallkonsert kompleksibu kimi digər tikililər Bakının müasir dünya memarlığının inkişafında öz yerinin olduğuna bariz nümunələrdir.

II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi münsiflər heyətinin üzvləri olan tanınmış memarlar Bakının hazırda dünyada memarlıq sahəsində cərəyan edən müsbət meyllərin cəsarətlə həyata keçirildiyi şəhərlər sırasında öncül yerdə qərarlaşdığını bildiriblər.

Qeyd olunub ki, Azərbaycan paytaxtındakı yeni binalar tarixi memarlıqla çox gözəl şəkildə uzlaşmaqla bərabər, həm də “isti” dizaynı və digər çoxsaylı müsbət keyfiyyətləri ilə buraya gələn qonaqları, xüsusən də memarları heyran etməkdədir.

Belə bir fikir xüsusi vurğulanıb ki, Bakının yeni dövr memarlığındakı tarixi keçmişə göstərilən qayğı ilə yanaşı, cəsarətli inteqrativ meyllər və ümumilikdə müşahidə olunan bütün müsbət məqamlar bir çox dünya şəhərlərinin müasir memarlıq təcrübəsində öz tətbiqini tapmalıdır.

 

Mədəniyyət.- 2015.- 9 oktyabr.- S. 3.