ALISA proqramı
üzrə növbəti treninq
Kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə bağlı Azərbaycan Milli Kitabxanasında treninqlər davam edir. Növbəti 10 günlük treninq oktyabrın 12-də başlayıb.
Treninqdə Yevlax, Füzuli, Tərtər, Xocavənd, Laçın, Ağdam rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin və Respublika Gözdən Əlillər Kitabxanasının mütəxəssisləri iştirak edirlər. İştirakçılar ALISA proqramında işləməklə yanaşı, “MARC 21” formatını öyrənəcəklər. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək treninqin “Ultra” şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirib, iştirakçılara uğurlar arzulayıb.
Treninqi müvəffəqiyyətlə
başa vuran dinləyicilərə
sertifikatlar veriləcək.
Mədəniyyət.- 2015.- 14
oktyabr.- S. 3.