Yurduna vurğun şair

 

Oktyabrın 9-da Qazax rayon Mərkəzi kitabxanasının oxu zalında Əməkdar incəsənət xadimi, şair Həmid Abbasın anadan olmasının 80 illiyinə həsr olunmuşYurduna vurğun şair” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Solmaz Babanlı Həmid Abbasın ədəbiyyatımızda, poeziyamızda öz dəst-xətti olan, vətəninə, soykökünə bağlı vətəndaş şair olduğunu qeyd edib. Metodika-biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova şairin həyat və yaradıcılığı haqqında məruzəsi dinlənilib.

Məktəblilər müəllifin şeirlərini səsləndiriblər. Şəhər 2 saylı musiqi məktəbinin şagirdləri şairin sözlərinə yazılmış mahnıları ifa ediblər. Sonda iştirakçılar “Yurduna vurğun şair” adlı sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2015.- 14 oktyabr.- S. 7.