Kalmık Milli Dram Teatrının
Bakıya qastrol səfəri başa çatdı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrında Rusiya Federasiyası Kalmık Milli Dram Teatrının qastrol səfəri başa çatıb. Oktyabrın 9-dan start
götürən və
üç gün davam edən qastrol səfəri iki yaradıcı kollektiv arasında əməkdaşlıq sazişi
çərçivəsində gerçəkləşib.
Qonaq heyət
Gənc Tamaşaçılar
Teatrının səhnəsində
A.S.Puşkinin “Qızıl
balıq” və Ə.Əmirlinin “Sevən
qadın” əsərlərinin
tamaşalarını nümayiş
etdirib.
Böyük rus şairinin mənzum nağılı
əsasında hazırlanmış
tamaşanın quruluşçu
rejissoru Yelena İvanova,
quruluşçu rəssamı
Saqlara Çulkayevadır. Rolları aktyorlar
Sandji Pursyakov, Marina Kikeyeva, Baatr Sandjiyev, Elza Bembeyeva oynayırlar.
Tanınmış yazıçı-dramaturq Əli Əmirlinin "Sevən qadın" əsəri ötən il Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
baş rejissoru, Əməkdar incəsənət
xadimi Bəhram Osmanov tərəfindən
səhnələşdirilib. Tamaşada Kalmık Milli Dram Teatrının aparıcı
aktyorları Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova çıxış ediblər.
Hər iki tamaşa izləyicilər tərəfindən
alqışlarla qarşılanıb.
Nümayişdən sonra çıxış edən
Gənc Tamaşaçılar
Teatrının direktoru,
Əməkdar artist Mübariz
Həmidov və teatrın baş rejissoru Bəhram Osmanov mədəniyyət
ocaqları arasında
davam edən yaradıcılıq münasibətlərinin
tarixindən, nümayiş
etdirilən tamaşalardan
danışaraq qastrol
səfərinə görə
qonaq teatra təşəkkürlərini bildiriblər.
Kalmık
Milli Dram Teatrının
baş direktoru, Kalmıkiyanın Əməkdar
mədəniyyət işçisi
Qalina Şurayeva, teatrın bədii rəhbəri, Rusiya Federasiyasının Əməkdar
incəsənət xadimi
Boris Manciyev isə göstərilən isti münasibətə görə
öz minnətdarlıqlarını
bildirərək Gənc
Tamaşaçılar Teatrının
oktyabrın sonunda Elistaya səfərini səbirsizliklə gözlədiklərini
vurğulayıblar.
Qonaq heyət
adından Gənc Tamaşaçılar Teatrına
və “Sevən qadın” əsərinin müəllifi Əli Əmirliyə hədiyyələr
təqdim edilib. Milli teatrın
baş direktoru Q.Şurayevaya Dövlət
Gənc Tamaşaçılar
Teatrı adından hədiyyə verilib.
Kalmık
Milli Dram Teatrının
aktyorları Baatr Sandjiyev, Sandji Pursyakov, Marina Kikeyeva,
Tatyana Zarayeva, Saqlara Qoydıkova və teatrın işıq üzrə rəssamı Andrey Savçenko “Azərbaycan və Kalmıkiya Respublikalarının
teatrları arasındakı
yaradıcılıq əlaqələrinin
genişləndirilməsində fəal iştiraklarına
görə” Gənc Tamaşaçılar Teatrı
və ASSİTEJ-Azərbaycan
Milli Mərkəzinin diplomlarına layiq görülüblər.
Qeyd edək ki, oktyabrın
26-dan 30-dək Dövlət Gənc Tamaşaçılar
Teatrı Kalmıkiyaya
qastrol səfərində
P.Nurəliyevanın “Dəcəl
keçi” və Ə.Haqverdiyevin “Xortdanın
cəhənnəm məktubları”
əsərlərinin tamaşalarını
göstərəcək.
Mədəniyyət.- 2015.- 9 oktyabr.- S. 8.