Türk dünyası
fotoqraflarının görüşü
Oktyabrın 5-dən 11-dək Türkiyənin Karabük vilayətinin qədim Safranbolu şəhərində TÜRKSOY-un növbəti “Fotoqraflar görüşü” keçirilib. Yaradıcılıq görüşünə 18 türkdilli ölkə və diyardan 27 fotoqraf qatılıb.
İştirakçıların bölgənin müxtəlif tarixi məkanlarında, gəzməli-görməli yerlərində çəkdikləri fotolardan ibarət “Türk dünyası fotoqraflarının gözü ilə Safranbolu” adlı sərgi təşkil olunub.
TÜRKSOY-un “Fotoqraflar görüşü”
ilə eyni vaxtda Safranboluda 16-cı beynəlxalq “Altın Safran” sənədli film
festivalı (9-11 oktyabr) da
gerçəkləşib. Qeyd edək ki, zəngin tarixi mirasa malik olan
qədim Safranbolu şəhəri
1994-cü ildə UNESCO tərəfindən Dünya
İrs Siyahısına daxil
edilib.
Mədəniyyət.- 2015.- 14
oktyabr.- S. 16.