Bu sizsiniz

Xətai Sənət Mərkəzi rəsm müsabiqəsi keçirir

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xətai Sənət Mərkəzi “Bu sizsiniz” adlı rəsm müsabiqəsi elan edib. Müsabiqə ölkəmizdə turizm sektorunun inkişafına dəstək məqsədilə keçirilir.

Müsabiqədə iştirak etmək istəyənlər öz rəsm əsərlərini oktyabrın 15-dək Xətai Sənət Mərkəzinin facebook səhifəsinin (https://www.facebook.com/xsm.art.az) mesaj qutusuna göndərə bilərlər. İştirak üçün portret janrında fərqli üslubda (qara qələm, quru fırça, pastel, kömür, akvarel, akril, gips, döymə və s.) ən azı 3 rəsmin fotosunu göndərmək lazımdır. Göndərilən işlərə münsiflər heyəti tərəfindən baxış keçiriləcək.

Münsiflər tərəfindən seçilmiş iştirakçılar oktyabrın 31-də saat 16.00-da Xətai Sənət Mərkəzinə gələrək öz bacarıqlarını canlı olaraq nümayiş etdirəcəklər. Sonra qaliblərin mükafatlandırma (I yer - 500 manat, II yer - 300 manat, III yer - 100 manat) mərasimi keçiriləcək. Müsabiqənin bütün iştirakçıları diplomla təltif olunacaq.

 

Mədəniyyət.- 2015.- 14 oktyabr.- S. 16.