Almaniya mediasında ölkəmizin
turizm potensialına dair məqalələr
Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan
"Aviareps Tourism GmbH" şirkəti
arasında əməkdaşlıq
çərçivəsində cari ilin 5-12 sentyabr tarixində bu ölkənin media nümayəndələri üçün
"Azərbaycanda spa və
idman turizmi" mövzusunda press-tur keçirilib. Səfər çərçivəsində
KİV təmsilçiləri Bakı ilə yanaşı, Quba və Qusar rayonlarında
olublar.
Press-turun nəticəsi
olaraq, Almaniyanın
www.demipress.me və www.reiseknipse.de saytlarında, həmçinin,
bloggerlər tərəfindən
twitter, instagram, facebook
kimi sosial şəbəkələrdə ölkəmizin turizm potensialına dair məqalələr yerləşdirilib.
Azərbaycanın turizm potensialının
Almaniya turizm bazarında təbliğ və təşviq edilməsi məqsədilə
Mədəniyyət və
Turizm Nazirliyi ilə "Aviareps Tourism
GmbH" şirkəti arasında
artıq ikinci ildir ki, əməkdaşlıq
uğurla davam etdirilir.
Mədəniyyət.- 2015.- 14 oktyabr.- S. 9.