“Bakının qədim və müasir arxitekturası möhtəşəmdir”

 

Dünyanın arxitektura və şəhərsalma sahəsində nüfuzlu şəxslərinin qatıldığı müsabiqənin münsiflər heyətində Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Voiner də vardı. O, müsabiqə barədə fikirlərini və memar kimi paytaxtımızla bağlı təəssüratını bizimlə bölüşdü.

 

Amerika Birləşmiş Ştatlarından olan müsahibimiz Parisdə yaşadığını və Beynəlxalq Memarlar İttifaqının da orada yerləşdiyini, uzun illərdir arxitektura sahəsində fəaliyyət göstərdiyini söylədi. Tomas Voiner Bakının möhtəşəm arxitekturasının olduğunu vurğuladı:

- Mən dünyanın bir çox ölkələrində, şəhərlərində olmuşam. Qeyd etməliyəm ki, Bakı incə zövqün və şəhərsalma ilə bağlı aydın təsəvvürün nəticəsi olan möhtəşəm bir arxitekturaya malikdir. Şəhərinizin əsrarəngizliyi xüsusilə gecələr daha çox nəzərə çarpır. Son illər Bakı buxtasında və sahil zolağında görülən işlər təqdirəlayiqdir. Müasirzövqlü işıqlandırma sistemibu gözəlliyin nəzərə çarpmasında mühüm rol oynayır. Burada müxtəlif Avropa arxitektura cərəyanlarının təsiri altında tikilmiş binalar diqqətimdən yayınmadı. Mənə bildirdilər ki, bu tikililər ilk neft bumu dövrünün yadigarlarıdır. Etiraf edim ki, çox gözəl şəhərə əzəmət qatan tikililərdir və Bakıda Avropa çalarlarını daşıyır.

- Bakının qədim hissəsində, İçərişəhərdə oldunuzmu?

- Əlbəttə, mən İçərişəhərdə də oldum, keçmiş tarixin necə bugünkü nəslə çatdırıldığı məni heyran etdi. Şəhərinizdə qədimiliklə, Şərq arxitektura elementləri ilə yanaşı, müasirlikvar. Ancaq çox sevindiricidir ki, siz digər neft ölkələrində yaşananDubaysindromuna tutulub yalnız göydələnlərdən ibarət ruhsuz şəhər imici yaratmağa çalışmadınız. Bakının özünəməxsus xarakteri, tarixi var və hər bir qonaq buradan müəyyən hisslərlə ayrılır. Mən iki il əvvəl də I Beynəlxalq Memarlıq Müsabiqəsi zamanı Bakıda olmuşdum. Ötən qısa müddət ərzində də şəhər arxitekturası baxımından xeyli müsbət dəyişikliklərin olduğunu gördüm.

- Artıq ikinci dəfə keçirilən Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi barədə nə deyə bilərsiniz?

- Ötən müsabiqə kimi bu müsabiqə də olduqca yüksək səviyyədə təşkil edilib. Müsabiqə iştirakçıları Bakı görüşünə məsuliyyətlə yanaşıblar, olduqca maraqlı layihələr təqdim edilib. 37 ölkənin bu müsabiqədə təmsil olunmasının özü artıq bir göstəricidir və təbii ki, bu rəqəm gələcəkdə həm ölkə, həm də iştirakçı sayı baxımından artacaq. Arxitektura nümunələrinə gəldikdə isə, müsabiqəyə təqdim olunan layihələrdə əsas iki yanaşma - modern layihələr və keçmiş arxitektura nümunələrinə yeni baxış xüsusilə seçilir. Hər iki yanaşma üzrə maraqlı işlər var. Təbii ki, bir arxitektor kimi təqdim olunan maraqlı layihələrin həyata keçirilməsini də arzulayıram və inanıram ki, bu müsabiqənin nəticəsi olaraq bir çox ideyalar reallaşacaq. Düşünürəm ki, bu müsabiqə qədim irsin qorunması və şəhərsalmada yeni layihələrin həyata keçirilməsinə həm yardım, həm də təkan verəcək. Eyni zamanda müsabiqə memarların işlərinin tanıdılması baxımından da təqdirəlayiqdir.

- Müasir arxitektura mövzusunda fikirləriniz oxucularımız üçün maraqlı olardı...

- Bu gün dünyada müxtəlif cərəyanlar inkişaf etməkdədir. Çox vaxt bizi qınayaraq, başa düşülməyən müxtəlif forma və ideyaları sənətə gətirməkdə günahlandırırlar. Amma arxitektor çox zaman müştərilərin istəklərini nəzərə alaraq işləyir. Bu da yeni ideyaların, layihələrin yaranmasına səbəb olur. Bəzən isə daha maraqlı işlər ərsəyə gəlir. Memarlıq baxımından estetika və peşəkarlıq üzərində çox danışmaq olar. Amma ictimaiyyəti bu gün nələr maraqlandırır, onlar müasir memarlığı necə görürlər. Bunlar tamamilə fərqli düşüncələr ola bilər.

- Müasir tikililər, layihələr hansı çətinliklərlə qarşılaşır?

- Müasir arxitektura daha çox ərazi baxımından çətinliklərlə qarşılaşır. Məsələn, tarixi baxımdan qədim bir ərazidə müasir bina inşa edərkən bu çətinliklərə rast gəlirik. Əlbəttə ki, müasir arxitekturanın yeni cərəyanların əleyhinə deyilik. Özümüzmüasir eksperimental layihələr yaradırıq, amma ortaq məxrəcdə çalışdığımız zaman bütün incəlikləri dəyərləndirməliyik və yeni yaradılanın köhnəyə təsirini nəzərə alırıq. Bütün bu faktorlar, tez, sərfəli, ekoloji tərəflər bizi düşündürür. Birmühüm amil memarlıq nümunəsinin nə cür “qocalacağı” məsələsidir. Təbii materiallarla, hətta ağacdaş ilə zamanı memarlıq nümunəsinə həm də təbii nəciblik möhürü vurulmalıdır ki, hətta illərlə istismar zamanı belə binanın yaşı və tarixi haqqında fikirlər itməsin. Arxitektura təkcə təqdim edilən zaman gözəl olmalı deyil, illər uzunu gözəlliyini və aktuallığını qorumalıdır.

 

Lalə Hüseyn,

Sadiq Musa

 

Mədəniyyət.- 2015.- 14 oktyabr.- S. 5.