Beynəlxalq memarlıq müsabiqəsinə yekun vuruldu

 

Oktyabrın 9-da Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə keçirilən II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin bağlanış və qaliblərinin mükafatlandırma mərasimi oldu.

 

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev son illər Azərbaycanın bir çox beynəlxalq mədəniyyət, humanitaridman tədbirlərinə ev sahibliyi etdiyini bildirdi, ikinci dəfə keçirilən Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin də bu sırada özünə yer tutduğunu dedi. Qeyd olundu ki, ölkəmiz özünün zəngin memarlıq irsi, ənənələri ilə də dünyada tanınır. Bu gün Bakıda UNESCO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilən Qız qalası, Şirvanşahlar saray kompleksi kimi memarlıq abidələri ilə yanaşı, paytaxtımızın simasını dəyişən, onun müasir rəmzlərinə çevrilən binalar da var və yeniləri inşa olunmaqdadır.

Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Voiner müsabiqənin yüksək səviyyədə keçirildiyini vurğuladı, bu işdə əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi. Qonaq bu günlər ərzində Bakının arxitekturası ilə tanış olmaq imkanı qazandığını da diqqətə çatdırdı.

Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə II Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, müsabiqəyə qatılan ölkələrin sırası genişlənir. 2013-cü ildə ilk müsabiqədə 30 ölkə təmsil olunmuşdu. Budəfəki müsabiqəyə 37 ölkədən 250-dək layihə təqdim olunub. Qeyd etdi ki, bütün layihələrdən ibarət xüsusi kataloq nəşr olunacaq.

Sonra qaliblər elan olundu mükafatlar təqdim edildi. Qeyd edək ki, müsabiqə yeddi nominasiya üzrə keçirilib.

 

 

 

 

İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihənominasiyasında birinci yerə Çovdhuri Kaşef Mahboob (Banqladeş), ikinci yerə Qarsia Fernandes (İspaniya), üçüncü yerə Tiaqo Reis De Oliveira (Portuqaliya) layiq görüldü.

Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihənominasiyasında I yeri Takuro Yamamoto (Yaponiya), II yeri Marcelino Migvel (Portuqaliya), III yeri Humberto Conde (Portuqaliya) qazandı.

Həyata keçirilmiş ən yaxşı interyernominasiyasında birinci Rasim Babakişiyev (Azərbaycan) oldu. İkinci mükafatı Valentirov Olexiy (Ukrayna), üçüncü mükafatı Marc Benjamin (Almaniya) aldı.

Həyata keçirilməmiş ən yaxşı layihənominasiyası üzrə qalib Paolo Rossi (Italiya), ikinci üçünü mükafatçılar Humberto Conde (Portuqaliya) Peretti Laura (İtaliya) oldu.

Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihənominasiyası üzrə 1-3-cü mükafatlara müvafiq olaraq Raulino Ricardo Oliveira (Portuqaliya), Nguyen Hoang Manh (Vyetnam) Gascon Pepe (İspaniya ) layiq görüldülər.

Binaların bərpası yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihənominasiyası üzrə I yeri Çanq Yonq Ter (Sinqapur) qazandı, II yerə Gascon Pepe (İspaniya), III yerə Vasco Matias Correia (Portuqaliya) sahib oldular.

Memarlıq sahəsində ən yaxşı nəşrnominasiyası üzrə birinci yeri Cumamedel İmankulov (Qırğızstan), 2-3-cü yerləri Elçin Əliyev (Azərbaycan) İqor Voskresenski (Rusiya) qazandılar.

Qaliblərə diplom pul mükafatları təqdim olundu. Müsabiqənin ümumi mükafat fondu 52500 manat təşkil edib.

Qeyd edək ki, qalibləri Beynəlxalq Memarlar İttifaqının baş katibi Tomas Voiner, qurumun sabiq prezidenti Vassilis Sgoutassabiq baş katibi Mişel Barmaki, vitse-prezident Haydar Ali, Fransa memarlarının milli ittifaqının prezidenti Catherine Jacquot və Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin daxil olduğu münsiflər heyəti müəyyənləşdirib.

 

Fariz Hüseynov

 

            Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

 

Mədəniyyət.- 2015.- 14 oktyabr.- S. 5.